“Sözlə oynağamı bacarmalısan” – Namiq Məna – VİDEO

10 Noyabr 2017 02:07

ARB Ulduz-un “Virtual həyat” proqramının budəfəki müsahibi meyxana ustadı Namiq Məna olub.

Yazıb pozmadan, sadəcə düşünüb bədahətən söz deməyin çətinliyindən danışan meyxanaçı, təbin gəlib gəlməməyinin insan səhnətinə də təsir etdiyini vurğuladı:

“Sözdür də, bir də görürsən ki, çalışdın, vuruşdun gəlmədi. Yəni istədiyini əldə edə bilmədim. O da artıq əsəbə çevrilir, səhhətinə ziyan etməyə başlayır. Amma sənin təbin rahat gələndə, təbin rəvan olanda, sözün bulaq kimi qaynayanda, bu, sənin səhhətində də özünü büruzə verir və sən özünü həmin an rahat hiss edirsən”.

Qafiyə xatirinə sözü əzib sözə calayanlara səslənən Namiq müəllim bədiyə deyənlərin sözlə oynamaq bacarığının yüksək səviyyədə olmalı olduğunu söylədi:

Fitri istedad ondan ibarətdir ki, sən gördüyünü həmin dəqiqə sözlə hörməlisən. Gördüyünü ifa etməyi bacarmalısan. Biri var ki, deyir “Əlli deyək, yüz deyək, gəl gecə, gündüz deyək, Nüşabə xanımdan bir söz deyək. Bu əlli, yüzün, gecə gündüzün Nüşabə xanımla nə əlaqəsi var? Bu çox bəsit və primitivdir. Sözlə oynamağı bacarmalısan”.

Namiq Məna ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.