“Məni qaçırtmaq istəyən oğlanın maşınını daşla qırmışam” - Telli Borçalı - VİDEO

09 Noyabr 2017 02:44

ARB TV-də yayımlanan “Səhər – Səhər” proqramının növbəti qonağı aşıq Telli Borçalı olub.


Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, o
nu qaçırmaq istəyən şəxsdən söhbət açıb:

“Mən o adamı istəmirdim. Ancaq evlərində söhbət gedib ki, məni alsınlar. Mənə bir tanış qız xəbər etdi ki, səni bulaqdan gələndə qaçırdacaqlar. Ona görə mən də, oğlan gələndə heç mənə yaxınlaşmamış maşınını daşlamışam. Həmin daşla maşınını qırmışam. Yaxın belə düşə bilməyib mənə. Heç vaxt da bu hərəkətimdən peşman olmamışam. Acığım gəlirdi o oğlandan".