"Dedilər ki, 1-2 il içəridə yat, yoxsa öləcəksən" - Ana və atasını "öldürən" məhbus - VİDEO

09 Noyabr 2017 02:43

ARB TV-nin "Rezonans" verilişi 3-cü dəfə həbsə düşən Aqil Abbasovun həbsxana hekayələrini təqdim edir.

Aqil Abbasov (cəzası 2 il - ümumi 6 il):
 "3 uşağıq. Bura düşməyimə səbəb narkotik istifadəçisi olmam oldu. 3-cü dəfə həbs olunuram. Pis uşaqlara qoşulmuşdum. Səhv hərəkətlərim olub. Narkomanlıq elə şeydir ki, əl çəkmək olmur. Manqit kimi özünə cəzb edir. Burada məcbur dözürsən, amma çöldə dözə bilmirsən. Bundan qurtulmaq istəyirsənsə, ətrafını dəyişməlisən. Nəşənin kayfını görəndən sonra ata bilmədim. Mən nadir hallarda görmüşəm ki, kimsə bunu ata bilsin. Yetim uşağam, bir də belə yola düşməyəcəm. Atam və anam rəhmətə getdi. Valideynlərim çox əziyyət çəkib. Atam son nəfəsində mənə zəng elədi ki, bu bəladan uzaq dur. Mənə çox pul tökdülər yenə sağalmadım. Birinci dəfə tutulanda da anam rəhmətə getdi. Hər ikisi mənim dərdimdən öldü. Yetim qalandan sonra hər yola əl atdım. 8 ildir ailəliyəm və 1 uşağım var. Yanıma gəlib gedən tək onlardı. Çöldə pis vəziyyətdə idim. Küçələrdə səfil həyat sürürdüm. Polislər mənə dedi ki, gəl, bir-iki il içəridə yat, yoxsa öləcəksən. Heç kim yaxın durmurdu. Həbsxanada normal hala düşmüşəm. Amma ki, azadlığın yerini heç nə verməz. Azadlığa çıxanda fəhlə işləyəcəm, bir də bura düşməyəcəm. Buradan çıxan kimi anamın və atamın qəbrini ziyarət edəcəm".