Bakıda akkumulyator oğruları saxlanıldı - VİDEO

09 Noyabr 2017 02:41

Qaradağ rayon sakinləri Telman Hüseynov və Nurlan Yaqubov RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

ARB TV xəbər verir ki, i
lkin ifadələri zamanı şəxslər Qaradağ rayonu və ətraf ərazilərdən 4 yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər.

Araşdırma zamanı onların başqa cinayətlərinin də üstü açılıb.

Saxlanılan şəxslər oğurladıqları akkumulyatorları metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.

Nurlan Yaqubov – Saxlanılan şəxs: “Apardıq satdıq. Mənimlə bir yerdə 3 akkumulyator oğurlanıb”.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.