“Hədsiz evlilik təklifləri alıram” - Lətifə Soyuöz - VİDEO

08 Noyabr 2017 00:39

“Övladı üçün məhkəmə işinə ehtiyac duyulmadı. Ona məhdudiyyət qoymadım ki, oğlunu həftədə bir dəfə görsün. Ürəyi istədiyi zaman gəlib uşağını götürə bilər”.

B
u sözləri ARB TV-nin “Günə davam” proqramının növbəti qonağı 
müğənni Lətifə Soyuöz deyib.

Belə ki, bir müddət əvvəl türkiyəli həyat yoldaşı Deniz Soyuözdən ayrılan sənətçi şəxsi həyatından danışıb:

“Sevgi ilə yaşayan insanam. Hər gün sevgini çağırıram. Hədsiz sevgi etirafı, evlilik təklifi alıram. Çox seçici insanam. Sadəcə, həyatıma girəcək adam yaxşı bir insan olmalıdır. Keçmiş səhvləri təkrarlamamalıyam”.