Ağcabədidə dəhşətli qəza: 2 ölü, 1 yaralı - GÖRÜNTÜLƏR - VİDEO

08 Noyabr 2017 00:37

Ağcabədinin Boyad kəndində Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil Şamil Mirzəyevin sükanı arxasında olduğu “VAZ-2107” ilə toqquşub.

ARB TV 
xəbər verir ki, sərnişin Şamo Məmmədov hadisə yerində ölüb.

Sürücülər isə yaralı halda Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 38 yaşlı Şamil Mirzəyev tibb müəssisəsində vəfat edib. Ağdam rayonu, Mahrızlı kənd sakini 20 yaşlı Rahib Məmmədov isə komadadır. O, Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı Rahib Məmmədovun qardaşı oğludur və əmisinin adını daşıyır.

Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və 20 yaşında qəhrəmanlıqla həlak olub.