Maşın körpüyə çırpıldı: yaralananlar var - VİDEO

07 Noyabr 2017 00:16

Qaxda minik avtomobili körpüyə çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.


ARB TV xəbər verir ki, hadisə Qax-Şəki avtomobil yolunun 1-ci kilometrliyində baş verib.

Laçın rayonundan olan məcburi köçkün, 34 yaşlı Elsəvər Həsənov idarə etdiyi "VAZ 21010” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb. 

Nəticədə sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini, 27 yaşlı Bəhruz Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elsəvər Həsənova qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Bəhruz Məmmədovun vəziyyəti isə kafi hesab edilir.