“Paxıllığı imkan vermir ki, qabağa getsin...” – Təranədən atmaca – VİDEO

06 Noyabr 2017 01:23

ARB TV-nin “Virtual həyat” proqramının budəfəki müsahibi prodüser Təranə Səmədova olub.

Təranə Səmədova hansısa bir ifaçı ilə uzunmüddətli işbirliyi etməməsinin maraqlı, hətta biraz qəribə olan məqamlarını da gün üzünə çıxardı:

“Hansısa müğənni ilə işbirliyinə başlayıram. Baxıram ki, istedadlıdır, səsi var, səhnəyə yaraşır. Gedişatda görürəm ki, ya pul xəstəsidir, ya tənbəldir, ya da həyat tərzi lazımi səviyyədə deyil. Bu sahəyə pul yatırır, sonra yarıyolda dayanır ki, bəs biz birdən-birə partlayış edib milyon qazanmaq istəyirdik. Yaxud həmin adam paxıldı. İçinin paxıllığı imkan vermir ki, qabağa getsin. Başqasının uğurunu həzm edə bilmir.

Tanınmağa doğru gedirlər, bir addım atan kimi ulduz xəstəliyinə tutulurlar. Ay ora getmirəm, ay pulsuz oxumuram. Azərbaycan balacadır. Fikirləri gedir başqa ölkələrə”.

Müğənniliyə yeni başlamış ifaçıların ilk addımılarını atan kimi qaz vurub qazan doldurmaq eşqi ilə alışıb yandığını söyləyən Təranə onların mənfiliklərini açıqladı:

“Yeni başlayan əksər müğənnilər müəyyən bir sərmayə qoyurlar. Biraz qığılcım olan kimi, tanınan kimi artıq başları gicəllənməyə başlayır. Elə düşünürlər ki, birdən-birə böyük gəlir əldə edəcəklər. Bu real deyil.

Gəlirlər, bir mahnı, iki mahnı tələbat yarandı, həmin mahnıdan əl çəkmirlər. Toylara gedirlər, yeni mahnı çıxarmırlar. Ona görə də geriləməyə başlayırlar. Balansı saxlamaq lazımdır”.

Təranə Səmədova ilə olan geniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.