Əməkdar artist ailəsindən danışıb ağladı: "Həyat yoldaşım uğursuz insandır" - VİDEO

03 Noyabr 2017 23:36

"Kaş 3-4 uşağım olardı. Uşaqlardan yorulmuram. İndi fikrləşirəm ki, qızım nə vaxt ailə quracaq? İstəyirəm nəvələrim olsun.


Bu sözləri ARB TV-nin "Günə davam" proqramına açıqlaması zamanı Əməkdar artist Naibə Allahverdiyeva deyib.

O, daha sonra ailəsindən danışarkən göz yaşlarını saxlaya bilməyib:


"Yoldaşımla yola gedirəm, xasiyyəti pis deyil. Qısqanc deyil, sənətimə müdaxilə etmir. Amma çox uğursuz insandır. İş barədə uğursuzluğu çoxdur və bu da ona psixoloji təsir edir".