"Heç bir aparıcını özümə rəqib görmürəm" - Vüsalə Kərimova - VİDEO

03 Noyabr 2017 23:32

ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinə qonaq olan teleaparıcı Vüsalə Kərimova maraqlı açıqlamalar verib.


O, bildirib ki, onun rəqibi yoxdur:

"Mən saçımın rəngini dəyişmişəm bir də görmüşəm ki, hansısa aparıcı təkrarlayıb. Hətta insanlar mənə şəkillər göndəriblər ki, bax gör bu sənə bənzəyirmi. Dəb ikonasında açıq-saçıq geyimlər olur. Bunu mən etmərəm axı. Əgər geyim mənə yaraşırsa, onu geyinirəm. Prodüsseri göndərmirəm ki, mənə geyim gətirsin. Teleməkanda heç bir aparıcını özümə rəqib görmürəm. 21 ildir ki, bu sahədəyəm. Kimisə özümə rəqib görməyim gülünc səslənir. Sadəcə həmkar kimi görə bilərəm”.