İdarəetməni itirən sürücü, özü ilə birgə sərnişinin də həyatına son qoydu

03 Noyabr 2017 23:31

Bu gün axşam saatlarında Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometriliyində baş verib. “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan 2 nəfər, sürücü Gəncə sakini 25 yaşlı Kənan Ələkbərov və sərnişini – 23 yaşlı Nicat Nağıyev dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri cəlb edilərək avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarıb aidiyyəti üzrə təhvil veriblər.


Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.