"Bazarda satıb sonra tutuldum" - Həmkəndlisini soyan oğru - VİDEO

03 Noyabr 2017 23:29

Gədəbəydə oğurluqla məşğul olan şəxs saxlanılıb.

 

ARB TV xəbər verir ki, 47 yaşlı kişi həmyerlisinin malına göz dikib. Oktyabrın 31-i axşam saatlarında Slavyanka kənd sakini Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlamağa müyəssər olublar.

 

Ədalət Rzayev (saxlanılan şəxs) : “Evə gündüz girmişəm. Ədyal götürmüşəm. Neçə dənə götürdüm bilmirəm, qalanı yadımda deyil. Gətirib, bazarda satıb, sonra da tutulmuşam”. 

Ədalət Rzayevin evdən oğurladığı əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Şəxsin digər cinayət əməllərində əlinin olub-olmadığı araşdırılır.