"Narkotikə tələbatım var idi" - Oğru dəstə saxlanılıb - VİDEO

03 Noyabr 2017 23:25

Abşeron rayon polis idarəsinin əməliyyatçıları Saray qəsəbəsində vətəndaşların evlərindən kombi, qaynaq aparatı, istilik sistemləri və kabel oğurlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıblar.

ARB TV xəbər verir ki, 
Sumqayıt sakinləri, 32 yaşlı Amil Əliyev, 34 yaşlı Mehman Şərifov və 37 yaşlı Məmmədrza Salayev istintaqa ilkin ifadə zamanı narkotik istifadəçisi olduqlarını və oğurluğa da narkotikə olan təlabatlarını ödəmək üçün əl atdıqlarını etiraf ediblər.

Məmmədrza Salayev – Saxlanılan şəxs: “Narkotikə tələbatım var idi oğurluq etmişik. Onların arasında kombi də olub. Aparıb satmışıq ehtiyaca görə".

Abşeron rayon polis idarəsindən verilən məlumata görə hələlik dəstənin əməlindən zərərçəkən vətəndaşların sayı 20 nəfərdir.

Faktlarla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.