"Əsəbləşəndə əlimi divara vururuam, Təranəyə yox" - Musa - VİDEO

12 Oktyabr 2017 17:22

ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan müğənni Musa Musayev maraqlı açıqlamalar verib.


O, son günlər boşanmaların sayının artmasından gileylənib:

"Günahın hamısı kişilərdədir. Qadınlarda heç vaxt günah görmürəm. Mən indi həyat yoldaşımı hər gün döyməliyəm?! Allaha and olsun, Təranəyə indiyə kimi çırtma da vurmamışam. Qadına əl qaldırmağın özü acizlikdir. Nə qədər əsəbləşsəm də, əlimi divara vururam, amma ona vurmaram".