“Elvin Mirzəzadənin sadəcə bəxti gətirdi” – Elvin Abdullayev – VİDEO

12 Oktyabr 2017 17:20

ARB Ulduz-un “Şou məkan” proqramının budəfəki qonağı müğənni Elvin Abdullayev olub.

Payız girər-girməz yeni mahnısını sevənlərinin ixtiyarına verən müğənni Elvin Abdullayev çoxlarının qaçdığı yağışdan ilham aldıqdan sonra belə bir mahnı ərsəyə gətirib.

“Mahnının musiqisi mənə, sözləri Yaqub Səfərova aiddir. Mahnı “Payız nağılı” adlanır. Yağış yağan ərəfədə birdən ilham pərim imkan verdi və bu mahnını yazdımŞairlə danışdıq. Hansı tərzdə və hansı hissdə sözlər istəyirəm, ona söylədim. Bir-birimizi anladıq. Həm onun, həm də mənim fikirlərim vəhdət təşkil etdi. Mahnını Taleh aranjiman etdi”.

Elvin, bəs bu mahnıya klip çəkdirməyi düşünürsənmi? Yoxsa sən də bəzi ifaçılar kimi mahnının, necə deyərlər, tutub-tutmayacağını gözləyirsən?

“Mahnının klipi çəkilsə, yaxşı olar. Çünki yağışlar yağır, yağış məqamını tutmaq lazımdır. Çox planlarımız var, sadəcə bir az maddiyyat problemlərimiz ola bilər”.

Toy üçün şedevr hesab olunub əslində sənətdən uzaq mahnıları qətiyyən bəyənmədiyini söyləyən Elvin ancaq tamaşaçı üçün çalışdığını dilə gətirdi.

“Toyun öz ab-havası var. Mən demirəm ki, repertuarımda 8/6 ritmi üzərində qurulan mahnılar yoxdur, var. Mən 8/6 ritm üzərində qurulan mahnıları bəyənmirəmƏsas odur ki, yaddan çıxmıram, gündəmdəyəm. Əksər insanlar mənə sanballı bir insan kimi yanaşır. Bu tip şeylər məni daha çox ruhlandırır. Deyirəm ki, nə yaxşı ki, mən bu səviyyədə olan sənətçiyəm. Nanaylarla mənim işim olmaz. Mən toyu səhnəyə gətirə bilmərəm.

Mənə deyirlər ki, o çıqqıdı-çıqqıdı mahnılardan niyə oxumursan? Vur partlat da. Sənə lazımdır sənət? Oxu da, “Dağlara gedək”, “Ay eyvandakı”. Bu tipli suallardan bezmişəm. Deyirlər, niyə belə mahnılar oxumursan? Deyirəm, oxumaram. Tamaşaçı üçün oxumaq lazımdır”.


Elvin, bəs sən dövranın bütün tələblərini nəzərə alıb sənəti toya daşıya bilirsənmi?

“O demək deyil ki, sən toya gedirsənsə, bayağı mahnılar ifa etməlisən. Bizim o qədər retro mahnılarımız var ki, səliqəli və yaxşı aranjimanla onları toyda da oxuya bilərsən. Toyun toy ab-havası var. 
Efir efirdir. Səhnə səhnədir. Mənim üçün səhnə və toy tamam başqa anlamlardır. Çoxumuz bunu səhv salırıq.

Elvin Abdullayev neçə gün aranjiman dalınca qaçsın, neçə gün söz yazarı dalınca qaçsın, klip çəkdirsin, bəlkə də, 3-4 min izləyicisi olar ya olmaz, ancaq hansısa 100 manatlıq bir aranjimana 5-6 milyon baxış sayı olur”.

Son zamanların partlayış edən ifaçıları ilə bağlı da danışan Elvin Abdullayev bəzi müğənnilərin bir balaca məşhurlaşan kimi başlarının fırlandığını dilə gətirdi.

“Bu dəqiqə Mədəniyyət və İncəsənət Univesitetinin qapısını açırsan, o qədər istedadlı gənclər var ki, ancaq onlar pul tapıb üzə çıxa bilmirlər. 
Bu yaxınlarda Elvin Mirzəzadə ortaya çıxdı. Tanıyıram onu. Elə də imkanlı deyil. Sadəcə bəxti gətirdi, mahnı oxudu. Mahnı 6 milyon baxış topladı. Bizdə bir problem var ki, bir insanı tez unudurlarBir ara Çinarə Məlikzadə çıxdı. Son zamanlar mən onun yeniliklərini görmürəm. Əksəriyyətinin sonu belədir. Çoxunda belədir. Bir balaca məşhurlaşan kimi başları fırlanır”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.