“İtə, pişiyə bu qədər pul töksən, ondan daha populyar olardı...” - Ayan - VİDEO

11 Oktyabr 2017 23:21

ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı müğənni Ayan Babakişiyeva olub.

Türkiyədə olarkən hər şeyi böyük bir boşluq kimi qəbul edən Ayan Babakişiyeva öz ölkəsinə dönən kimi kim olduğunu bir daha anlayır.

“Son zamanlar hər kəsə deyirəm ki, elə bil nə edirəmsə, hər şey boşdur. 
Sanki, özümü hələ tapa bilməmişəm. Bura gələndə hiss edirəm ki, Ayanam mən. Rahat oluram. Türkiyədə olanda ciddi olmağa çalışıram. Ancaq alınmır. Bura gələndə özüməmDüzdür, orda da rahatam. Çünki orda istədiyim vaxt harda istəyirəm otura bilirəm, necə istəyirəm yemək yeyə bilirəm, piyada gəzə bilirəm. Avtomobili hardasa park edirəm, işimin arxasınca rahat gedə bilirəm. Burda getdiyin yerdə bilirsən ki, maşını evakuator gəlib aparacaq, yenə də həmin məkanın bir metrliyində saxlayırsan ki, ordan ora piyada getməyəsən. Belə olanda deyəcəklər ki, bunun artıq maşını yoxdur”.

Bütün məsləhətləri anasından alıb, hətta ondan icazəsiz bir addım belə atmayan müğənni anasının onun həyatında böyük rolu olduğunu söylədi.


“Bu o demək deyil ki, mən anamdan qorxuram. 
Sadəcə mən belə öyrəşmişəm. O məni çox rahat öyrəşdirib. Ondan soruşuram ki, bunu necə eləsəm, yaxşı olar? Deyir, bilmirəm, özün bilən məsləhətdir. Deyirəm, yox ey sən de, mən bilim. 5 manat pul xərcləyəndə belə deyirəm ki, bu pulu xərcləyirəm ha, xəbərin olsun. Halbuki, mən qazanıramNə isə səhv addım atıram, heç anama demirəm. Görürəm ki, ziyan tapıram. Anam mənə bunu qüsur tutmur ki, gördün mənə məsləhət etmədin. Özün məsləhət bildim, səhv etdin, səhvini də özün düzəldəcəksən”.

Ayan, artıq Azərbaycandan uzaqdasan. Ordan baxanda yerli şou-biznes ümumiyyətlə, zərrə qədər belə olsun görünürmü?

“Kənardan baxanda şou-biznes sadəcə 0 dərəcəsində görünür. Nə şousu var, nə biznesi. Bilmirsən nə iş görürlə
r, nə etmək istəyirlər. Mahnı çıxarırlar, ancaq tutmur, effekt vermir. Sadəcə ad var deyə yaşayırlar. Mən burda qalıb o həyatı yaşamaq istəmirdim”.

Uzaqdan baxdıqca yerli şou-biznesə komediya filminə baxırmış kimi baxıb gülən Ayan daha nələri açıqladı, diqqətiniz bizdə olsun?

“Şou-biznesə baxıb çox gülürəm. Baxırsan ki, şou-biznes yoxdurKim kimə söz atırkim niyə söz atırbilinmir. Təhqir edir, arxasında dayana bilmir, üzr istəyir. Sözü deyirsən, adını da çəkirsən, ya bu sözünün arxasında dur, de ki, belədir, ya da heç nə demə. Elə müğənnilər var ki, hamımız onları tanıyırıq. Milyon da qoysan ondan müğənni olan deyil. İtə, pişiyə bu qədər pul töksən, ondan daha populyar olardı”.

“Heç kim demir ey, mənim səsim var, sənətim var. Biri deyir, mən gözələm, biri deyir mən cazibədaram, biri deyir, mənim bahalı nəyimsə var. Biri demir ey, bahalı mahnı aldım, klip çəkdim. Sənət davası yoxdur. Rusiya və Türkiyə şou-biznesinə baxırsan ki, bu mövzular keçmişdə qalıb artıq”.


Şou-biznesdəki dostlarından dili-dodağı yanmış kimi danışan ifaçı sadəcə bir dostunun olduğunu söylədi.

“Şou-biznesdə mənim heç vaxt dostum olmayıb. 
Özümə ən yaxın hiss etdiyim Günay İbrahimlidir. Gəldim, ona zəng etdim. Dedim, Bakıda olmağımdan heç kimin xəbəri yoxdur, gəl. Oturduq, dərdləşdik. Şou-biznesdə dostum olsa belə zaman keçib görmüşəm ki, zayı çıxıb”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.