Tikinti şirkətinə məxsus avtomobilin törətdiyi qəzanın görüntüləri - VİDEO

11 Oktyabr 2017 23:20
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.


ARB TV xəbər verir ki, Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində işləyən işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb.

Bu zaman
 Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov xəsarət alıb.

Yaralılar
 Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirillər.


Fakt araşdırılır.