Sürücü 48 yaşlı həmkəndlisini vurub öldürdü - VİDEO

11 Oktyabr 2017 23:18

Ötən gün Şəki rayonu Baş Zəyzid kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, k
ənd sakini Maarif Əhmədov "Vaz 2106" markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 48 yaşlı Kamal Qudalasovu vurub.

Hadisə yerinə dərhal Şəki şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansıyasının əməkdaşları çağırılıb və yaralı dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı Kamal Qudalasovun öldüyü məlum olub.

Hadisə ilə bağlı Şəki polisi tərəfindən araşdırma aparılır.