İdarəetməni itirən sürücü maşını işıq dirəyinə çırpdı - VİDEO

11 Oktyabr 2017 23:17

Abşeronda ağır yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki
, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobil işıq dirəyinə çırpılıb.

Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcında olan işıq dirəyinə çırpılaraq yarasız hala düşüb.

Xəsarət alan sürücü hadisə yerinə çağrılan "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Müayinələr aparılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.