"10-cu sinifdə məktəbdən qovuldum" - Çingiz Mustafayev - VİDEO

11 Oktyabr 2017 23:16

"Qazaxda 8 il sinifdə 3 nəfərlə oxumuşam. Rus sektoru idim deyə az uşaq idik".

Bu sözləri ARB TV
-nin "Səhər-Səhər" verilişinə qonaq olan gitarist-müğənni Çingiz Mustafayev deyib.

Məktəb illərindən söz açan sənətçi, maraqlı açıqlamalar verib:


"Attestatım yoxdur, Bakıya gəldim və 10-cu sinifdən qovdular. Uşaqlıqdan istəmədiyim şeyi heç vaxt etmirəm. İnsan sevdiyi şeyi görərək xoşbəxt ola bilər. İnsan maska ilə xoşbəxt ola bilməz".