"Belə şeyləri danışmağa utanıram" - Sevda Yahyayeva - VİDEO

11 Oktyabr 2017 10:41

ARB TV-nin “Günə davam” proqramının budəfəki müsahibi müğənni Sevda Yahyayeva olub.

Müğənni evliliklə bağlı planlarından söz edib.

“Sağ olsunlar, məni ərə verirlər, məni boşayırlar. Mənə həmişə sual verəndə deyirəm ki, bu qismətdir. Hər şey Allahın əlindədir. Bu il namizəd yoxdur. Mən düşünürüm və bu işə çox ciddi yanaşıram. Məna arzu edirəm ki, bütün subay xanımlara və bəylərə, həmçinin mənə qismət olsun. Nə vaxt olacaqsa hamınız biləcəksiniz. Belə şeyləri danışmağa utanıram. Məni başa düşən, məni sevən biri olmalıdır ki, mən də onu sevim. Ən vacibi insan olmalıdır”.