Sumqayıtda sürücü 2 piyadanın həyatına son qoydu – VİDEO

11 Oktyabr 2017 10:37

Sumqayıtda 2 ağır yol qəzası qeydə alınıb.

ARB TV
 xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçməyə çalışan Yardımlı rayon sakini Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub.

Hər iki şəxs aldığı xəsarətlərdən vəfat edib.

Şəhərin sülh küçəsində isə 25 yaşlı Orxan Məmmədovun idarə etdiyi “
Volkswagen Polo” işıq dirəyinə çırpılıb. Nəticədə maşında olan 20 yaşlı İlqar Babayev dünyasını dəyişib. Sürücü və 18 yaşlı Kamran Seyidov isə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.