“Məni küçə həyatından Miri Yusif xilas etdi” – Qurd – VİDEO

11 Oktyabr 2017 10:36

ARB TV-nin "Səhər-səhər" verilişinin növbəti qonağı "Qurd" ləqəbli tanınmış reper Fərid Eminov olub.


Maraqlı açıqlamaları ilə diqqət çəkən reper, 
"Qurd" ləqəbi seçməsindən danışıb:

"Miri Yusif məni sənətə gətirəndə bu ləqəbi verdi. O vaxt "Dəyirman" qrupunun da eyni adlı albomu var idi. Hər kəs repə gələndə bir ləqəb seçirdi mənim də ləqəbim bu oldu. Miri Yusif məni küçə həyatından xilas etdi. Təzə məşhurlaşan zaman toyların birində tamada mənə yaxınlaşıb adımı soruşdu, "Qurd" deyə təqdim etməyimi istəyəndə şoka düşdü".