Evlərdən qızıl oğurlayan dəstə üzvlərinin görüntüləri - VİDEO

11 Oktyabr 2017 10:35

Zaqatala polisi Bakı şəhəri və ölkənin bölgələrində silsilə oğurluq hadisələri törətmiş cinayətkar qrupu zərərsizləşdirib.

ARB TV x
əbər verir ki, Muxax kənd sakini 69 yaşlı Səmayə Qasayeva Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oktyabr ayının 8-i gecə saat 03:50 radələrində nəvəsi 14 yaşlı Nizami Qasımovla birlikdə yaşadığı evə 3 nəfər maskalı şəxsin hücum etdiyi barədə məlumat verib.

Cinayətkarlar evdən müxtəlif geyim və qiymətli zinət əşyaları oğurlayıblar. Onlara müqavimət göstərmək istəyən ev sahibəsinə və nəvəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək, hadisə yerindən qaçıblar. Polisin isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində maskalıların kimliyi müəyyənləşib.

Zaqatala rayonu Muxax kənd sakini 30 yaşlı Vasif Məmmədvəliyev, Astara rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Etimad Xankişiyev və Beyləqan rayon sakini 23 yaşlı Elməddin Abbasov saxlanılıb. Müəyyən olunub ki, bu hadisədən başqa Vasif Məmmədvəliyev və Elməddin Abbasov iyulun 4-də Muxax kənd sakini Məhəbbət Hudulovanın yaşadığı evə qanunsuz daxil olaraq, oradan 20 qram çəkidə qızıl qolbağı, iki ədəd qızıl üzük,15 manat nəğd pul oğurlayıblar. Həmçinin onlar ayrı-ayrı vaxtlarda Bakı şəhərinin müxtəlif ərazilərində, Pirşağı, Hövsan, Badamdar, Dədə Qorqud, Lökbatan qəsəbələrində və Beyləqan, Lənkəran, Astara, Sabirabad rayonlarında oğurluq və soyğunçuluq cinayətləri törədiblər.