Yük maşınını aşıran sürücü təkərin altında qalaraq öldü - VİDEO

10 Oktyabr 2017 00:31

Bakıda da ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, 
Yasamal rayonu, Tbilisi prospektində içi qumla dolu "Howo" markalı yük maşını hərəkətdə olarkən aşıb.

Qəza nəticəsində sürücü, İmişli rayon sakini 35 yaşlı Xalid Haqverdiyev dünyasını dəyişib. Onun cəsədi parçalanmış formada müəyyən edilib.

Məlumata görə, sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan "Howo" markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb.


Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb. Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib.

Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və kinoloqlar cəlb edilib.