Sabirabadda dəhşətli qəzanın görüntüləri yayıldı: 4 ölü, 1 yaralı - VİDEO

09 Oktyabr 2017 17:41

Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində qəza qeydə alınıb. 


ARB TV xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. "Mercedes"in sürücüsü, Füzuli rayon sakini, 36 yaşlı Fərman Mustafayevin, 21 yaşlı Elsevər Quluzadənin, 20 yaşlı Səxavət Rəsulzadənin meyiti FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.

Qəzada xəsarət alan 21 yaşlı Etibar Eyvazlı xəstəxanada dünyasını dəyişib. 

Digər xəsarət alan şəxs 22 yaşlı Araz Xənimliyə həkimlər tibbi yardım göstəriblər.