“Yoldaşım öləndən sonra ruhu məndən əl çəkmir” - Əməkdar artist - VİDEO

09 Oktyabr 2017 17:39

ARB TV-nin “Ömrün fəsilləri” proqramının budəfəki qonağı əməkdar artist Hicran Nəsirova olub.

Əməkdar artist verilişdə başına gələn maraqlı əhvalatı danışıb:

“Gecə 12-də dərman içməliyəm. Suyu da həmişə pəncərənin yanına qoyurdum ki, sərin olsun. Suyu götürüb içə-içə yerimə baxanda görmüşəm ki, bir mən də orada uzanmışam. Bismillah deyirəm getmir. Özümü də itirmişəm Bismillah kəlməsini deyə bilmirəm. Bismillahdan sonra gedib. O, gedəndən sonra çarpayıda gedib oturdum. Yata bilmədim”.

Aktrisa yoldaşının ruhunu yanında hiss etdiyini bildirib:

“Yoldaşım məni çox sevirdi. Amma elə bir şey elədilər ki. İstəmirəm bunlar efirə getsin. Bir ara yoldaşımla soyuqluğumuz oldu. Amma o, rəhmətə gedəndən sonra onun ruhu məndən əl çəkmədi. Onu hər yerdə hiss edirdim”.