“Övlad mənim yaralı yerimdir” - Mənzurə Musayeva efirdə ağladı - VİDEO

09 Oktyabr 2017 17:38

ARB TV-nin “Səhər-səhər” proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, şəxsi həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib:


“Heç bir zaman istəməmişəm ki, şəxsi həyatımla gündəmə gəlim. Mənim övladım olmayıb. Bu mənim yaralı yerimdir. Söz düşəndə o mövzudan danışırıq. Hərdən sual verirlər, kövrəlirəm. Birdən elə qapılırsan hər şeyi deyirsən. Deyir ki, niyə sonradan ailə qurmadız? Deyirəm ki, uşaq olmadı və alınmadı. Yazsın, burada nə varki. Övladla bağlı xəbərlərim olanda kövrəlirəm. Mən bu gün Mənzurə Musayeva adıyla fəxr edirəm. Yazırlar ki, ərləri... Mən qanuni ərə getmişəm. Elə insanlar var çıxıb tərbiyədən danışırlar. Mənzurəni tanıyan bilir kimdir. Həyata müdaxilə edirlər. Rayona toya gedəndə də gəlib soruşurlar ki, sənin ərin var?”