Cəlilabadda evdən cehizlik əşyalar oğurlandı – VİDEO

09 Oktyabr 2017 10:07

Cəlilabad rayonunda evdən oğurluq edilib.

ARB TV xəbər verir ki, 
hadisə rayonun Vuqar Niftullayev küçəsində Alxas Məmmədova məxsus evdə baş verib.

Bir 
müddətdir Bakıda yaşayan ev sahibi rayona gələrkən şəxsi mənzilinin qapısının üzərindəki kilidin sındırıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər evdən bahalı məişət və cehizlik əşyalarını oğurlamaqla A.Məmmədova, ümumilikdə, 3 min manatdan çox zərər vurublar.

Zərərçəkənin sözlərinə bundan əvvəl də onun evindən oğurluq etmək məqsədilə zirzəmidəki pəncərənin şüşəsinin sındırıldığını, lakin mənzilə giriş olmadığından oğruların istəyinə nail ola bilmədiyini söyləyib.

Alxas Məmmədov – Zərərçəkən: “Evin 1-ci və 2-ci otağında heç bir şeyə toxunulmayıb. Sadəcə 3-cü otaqda oğlumun cehizlərindən bahalı əşyalar oğurlanıb”.

Faktla bağlı araşdırma aparılır.