“100 manatlıq aranjimana 5-6 milyon baxış var” - Elvin - VİDEO

06 Oktyabr 2017 17:01

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Elvin Abdullayev maraqlı açıqlamalar verib.


Elvin ilk olaraq ancaq tamaşaçı üçün çalışdığını dilə gətirib:

“Deyirlər ki, bayağı mahnılardan niyə oxumursan? Vur, partlat da. Sənə sənət filan lazımdır? Oxu da “Dağlara gedək”, “Ay eyvandakı”. Bu tipli suallardan bezmişəm. Sual verirlər ki, niyə bu tip mahnılardan oxumursan? Demişəm ki, oxumuram. Mənim tərzim deyil. Tamaşaçı üçün çalışmaq lazımdır. Elvin Abdullayev neçə gün aranjiman dalınca qaçsın, neçə gün söz yazarı dalınca qaçsın, klip çəkdirsin. Nəticədə 3-4 min baxış sayı olar, ya olmaz. Hansısa 100 manatlıq aranjimana baxırsan ki, 5-6 milyon baxış var".


Müğənni daha sonra toyla səhnənin fərqindən söz açıb:

“Toyun toy ab-havası var. Efir efirdir, səhnə səhnədir. Mənim üçün səhnə tam başqa bir anlamdır, toy başqa bir anlamdır. Ona görə bəzən əksəriyyətimiz bunu səhv salırıq”.

Elvin Abdullayevlə olan geniş repotajı bu bazar saat 13-də Şou məkan verilişində izləməyi unutmayın.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.