"Evlilikdən qabaq qızla oğlan bir neçə il bir yerdə yaşayır" - Bahar - VİDEO

06 Oktyabr 2017 17:00

ARB TV-nin "Səhər-Səhər" verilişinin budəfəki qonağı müğənni Bahar Lətifqızı olub.

Həyatı uşaq evində keçən xanım müğənni ikinci dəfə qurduğu ailəsinin dağılmasından və ən çox zərbəni övladının aldığını dilə gətirib.

"Mən bilmirəm ki, mənim qızlarımın başına nə gələcək. Evlənəndə fikirləşin ki, mən kiminlə evlənirəm. Bu çöl-bayır xanımıdır. Əgər namussuz xanımdırsa, elə bu başdan alma. Bizim ölkədə o olmasa da, başqa ölkələrdə evlilikdən qabaq qızla oğlan bir neçə il bir yerdə vətəndaş nikahında yaşayıb, bir-birini daha yaxşı tanıyırlar. Anasız uşaq heçnədir. Atasız uşaq qala bilər
".