Aysel Əlizadə Türkiyədəki "biznesi"ndən danışdı - VİDEO

06 Oktyabr 2017 16:58

"ARB Ulduz"-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub.

Maraqlı açıqlamalar verən müğənni
 yay istirahətində yalnız dincəlməklə məşğul olmadığını yeni mahnısının işıq üzünü görəcəyini bildirib:

“Yay aylarında istirahətlə bərabər işimi də görmüşəm. Nəticəsini, yəni yeni mahnımı üzümüzə gələn həftə təqdim edəcəm. Sözləri Leyliyə, musiqisi Hakan Erola aiddir. Gözəl cütlüyümüz və onlardan dünyaya gələn gözəl bir bəstə, söz. Mahnı “Sənə aid” adlanır”.

O, daha sonraTürkiyədə biznesinin olub-olmaması haqda da açıqlama verib:

“Allah ağzınızdan eşitsin. Hamı elə düşünür. Soruşurlar ki, Türkiyədəki işiniz davam edir? Deyirəm ki, hansı işimiz davam edir? Cavab verirəm ki, mənim orda biznesim yoxdur. Mənim sadəcə kliplərim orda çəkilə bilər, aranjiman lazım olarsa, aranjiman edilə bilər. Mənim orda dostlarım hədsiz çoxdur. İstəsəm, işbirliyi quraram. Sadəcə olaraq istəmirəm. Öz vətənim mənim üçün yetərlidir. Hər şey ola bilər bu həyatda. Ancaq hələlik elə bir planım yoxdur, Türkiyədə biznesim də yoxdur”.


Aysel Əlizadə ilə olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.