Evdən 5 min oğurlayan şəxs saxlanıldı - VİDEO

06 Oktyabr 2017 16:56

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb.

ARB TV xəbər verir ki, sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Şiraslan Həsənov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşları isə oktyabrın 3-də 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Kənan Cəfərli və Fərid Dadıxanı saxlayıblar.

Faktlar araşdırılır.