“Artıq mahnılarımla, sənətimlə gündəmdə olum” – İradə - VİDEO

06 Oktyabr 2017 16:54

ARB Ulduz-un “Şou məkan” proqramının növbəti müsahibi müğənni İradə İbrahimova olub.

Bir müddət əvvəl Azərbaycana dönən müğənni xeyli işlər görüb, yeni mahnılar yazdırıb, fotosessiya etdirib:

“Yeni mahnılarla gəlmişəm. Əsas Gövhər xanımla yeni mahnı üzərində çalışırıq. O, mənə güc-qüvvət, təkan verirYeni, gənc bir bəstəkar var. Çox istedadlıdır. Fərid Kərimlinin iki mahnısını oxudum. Fotosessiyamızı təqdim etdik. Daha nə olsun?”

Sənətçi bəzi həmkarları kimi həftə səkkiz mən doqquz efirlərdə olmağın yox, sənəti ilə gündəm yaratmağın tərəfdarıdır:

“Klip mahnıdan sonra ərsəyə gələcək. 
İstəyirik ki, bu işi noyabra kimi bitirək, klip çəkilsin. Hansı mahnı daha çox insanların qəlbinə yol tapsa, o mahnıya klip çəkiləcəkİstəyirəm ki, artıq mahnılarımla, sənətimlə gündəmdə olum. Efirlərə boş-boş çıxmayım. Sənətimlə bağlı danışmağa sözüm olmayanda, efirlərə çıxmaq istəmirəm”.

Zamanının böyük bir hissəsini övladlarına həsr edən İradə özünə çox az vaxt ayırdığını etiraf edib:

“Uşaqlardan vaxt tapıb başımı qaşıya bilmirəm. Özümə çox az zamanım qalır. Bəzən mənə deyirlər ki, sosial mediyada niyə bu qədər passivsiz? Çünki sosial mediyada oturmaq uşaqlarımla hansısa bir oyunu qaçırmaq deməkdir. Mən onların hər anını görmək istəyirəm. Onlarla bərabər oynamaq istəyirəmÖvladlarımın arasında 5 yaş fərq var. Hərdən deyirəm ki, yaxşı ki, 5 yaş fərq var. Çünki qızım İpək, doğurdan da, mənim çox əlimdən tutur. O, çox işimə qaçır. Qızım artıq böyüyüb. Oğlum da böyüyür. Allah sağlıqlı, analı-atalı böyütsün bütün övladlarımızı”.

Bəzi valideynlər övladlarını öz istəklərinin kölgəsində böyütsələr də, müğənni uşaqlarına qarşı məcburi heç nə etmədiyi dilə gətirib:

“Mən uşağı yormağın tərəfdarı deyiləm. 
İpək rəqs etmək istəyərsə, edəcək. Pianino ifa ertmək istəmirsə, məcbur edə bilmərəm. Onun istəyinə uyğun olur hər şeyMən çox istəyərəm ki, rəsmlə məşğul olsun. İstəyərəm ki, rəqs etsin, hansısa musiqi alətində ifa etməyi bacarsın. Mən istəyirəm bunu. Bir də ondan soruşmaq lazımdır ki, bəs o istəyirmi?”

İradə İbrahimova Türkiyə vətəndaşı ilə evlənən zaman bəziləri düşündü ki, bu qısamüddətli bir münasibət olacaq, ancaq müğənni bütün düşüncələri alt-üst etdi.

“Allah mənə o qədər böyük, gözəl bir nemət verib ki, ailə, övlad. 
Onları böyütməyə imkan verib. Allah həyat yoldaşıma uzun ömür versin, sağlıq versin. Ruzisini artıq eləsin. O qazanmasa, mən evdə otura bilərəmZamana ayaq uydurmaq lazımdır. Yaşamaq üçün maliyyə lazımdır. Mən bunu tək başıma edə bilməzdim. Dəstək olmalıdır. Həyat yoldaşım dəstək olmasa, o zaman mən bunların heç birinin öhtəsindən gələ bilmərəm. Hətta işləsəm də, öhtəsindən gələ bilmərəm. İstanbulda həyat çox çətindir.”


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.