Oksana evində işləyən 2 usta tərəfindən döyüldü - VİDEO

06 Oktyabr 2017 16:53

Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.

ARB TV xəbər verir ki, Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Oksana Hüseynova çox saylı xəsarətlərlə xəstəxanaya gətirilib.

Həkimlər ona tibbi yardım göstəriblər. Vəziyyəti qənaətbəxş olan qadın palataya yerləşdirilib.

Zərərçəkən polisə ifadəsində evində işləyən 2 usta tərəfindən döyüldüyünü bildirib.

14-cü Polis Bölməsinin əməkdaşları həmin ustaların kimliyini müəyyənləşdirib.

Faktla bağlı araşdırmalara başlanılıb.