“Ən yaxın dostumun baldızı mənə şəkillərini göndərirdi” - Tacir Şahmalıoğlu - VİDEO

05 Oktyabr 2017 14:20

“Bir nəfər xanım mənə şəkillərini göndərirdi, ağzına gələni danışırdı. Daha sonra o xanımın gizli nömrəsini açdırdım. Məlum oldu ki, həmin qız ən yaxın dostumun baldızıdır. Mənim yanıma gəldi, üzr istədi. Ona dedim ki, səni şantaj etmirəm. Amma belə şeylər də etmə, bu qadına yaraşmayan hərəkətdir”

Bu sözləri 
ARB TV-nin “Səhər Səhər” proqramına açıqlaması zamanı müğənni Tacir Şahmalıoğlu deyib.

Onun sözlərinə görə, qadın telefonuna gizli şifrə qoyursa, ailəsindən nə isə gizlədir:

“Bir xanım niyə telefonuna kod qoysun ki? Kod qoyursa demək ki, orda iş düzgün getmir. Niyə qız uşağı və ya həyat yoldaşın telefonuna kod qoymalıdır? Onu əvvəlindən qayda qanunu qoymaq lazımdır. Koda qoyursa demək ki, sənə göstərmir”.