“Binədə əridib, elə orda da satdıq” - Paytaxtda mis oğurlayan gənclər saxlanıldı - VİDEO

05 Oktyabr 2017 12:59

Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində yerləşən məhdud məsuliyyətli cəmiyyətlərdən biridən ümumi dəyəri 97500 manat olan 1300 metr mis kabelin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinə məlumat daxil olub.

ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Dostumalı Paşayev və Hüsən Bağırov saxlanılıb.

Dostumalı Paşayev – Saxlanılan şəxs: “Matorun içində 5-6 kilo mis olardı. Dedim ki, mən də çoxdandır burdayam, amma elə bir şey yoxdu burada. Dedi ki, gedək göstərim. Dediyi yerə baxdıq, tapmadıq. Qayıdanda dedi ki, burada kabelləri kəsib aparaq. Kəsib aparıb Binədə əridib, elə Binədə də satdıq
.

Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməlləri etiraf ediblər.