“İnəyə dəydim, sonra düşdüm bura” - "Ford"a çırpılan firma maşını aşdı - VİDEO

05 Oktyabr 2017 02:28

Lənkəranda 2 yük avtomoobili bir-birinə çırpılıb.

ARB TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının Vilvan kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran sakini Ramal Dadaşovun idarə etdiyi, Masallıda fəaliyyət göstərən firmalardan birinə məxsus "Hyundai" markalı avtomobil qarşıda gedən, rayon sakini Tural Əliyevin sükanı arxasında olduğu "Ford" markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Hyundai"yolun kənarına aşıb, sürücüsü isə xəsarət alıb. Fordun şüşələri sınıb, yük yerində olan sürtgü yağları yerə tökülüb. "Hyundai"ın sürücüsü bildirib ki, qarşısına qəfil iribuynuzlu heyvan çıxdığı üçün özünü itirib və idarəetməni itirib.

Ramal Dadaşov – Sürücü: “Sürətim 50 idi. Qaçırtmaq istədim, çatdıra bilmədim. İnəyə dəydim, sonra düşdüm bura”.

Faktla bağlı araşdırma aparılır.