“Sunkanın içində mənə aid heçnə yox idi” - 12 minlik oğurluq edən şəxs - VİDEO

05 Oktyabr 2017 02:23

Alla Nukradze adlı şəxs polisə müraciət edərək Binəqədi rayonu ərazisində ona məxsus “Toyota” markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə 12 min manat dəyərində kosmetoloji avadanlıqların oğurlandığını bildirib.

ARB TV xəbər verir ki,
 Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Araz Əmiraslanov saxlanılıb.

Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı oğurladığı əşyalar aşkar olunaraq götürülüb.

Araz Əmiraslanov – Saxlanılan şəxs
: "Gecə gedirdim, gördüm maşın dayanıb, içinə baxdım, çanta gördüm. Daşı götürüb vurdum, sındırdım şüşəsini. Çantanı götürüb getdim. Baxdım gördüm ki, içində mənə aid olan heç nə yoxdur, iynə-dərmandır. Sədərək yolunda məni tutdular".

Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.